Gündəm / Dünya
31 yanvar 2022
30
"Omikron"un DƏHŞƏTLİ İZİ
Koronavirusun "omikron" ştamından sağaldıqdan sonra xəstədə qan laxtalanması baş verə bilər.
Bu barədə Rusiyanın Ural Federal Dairəsinin baş profilaktoloqu, pediatr, tibb elmləri doktoru Sergey Tokarev danışıb.
"Xəstəliyin gedişatının şiddətindən asılı olmayaraq, damar endoteliyası zədələnir, qan laxtalanmağa başlayır. Yəni, sistem səviyyəsində gərginlik ümumiləşdirilmiş damar iltihabına səbəb ola bilər", - həkim bildirib.
Profilaktoloq əlavə edib ki, oxşar təsirlər "delta" ştamı keçirən xəstələrdə də müşahidə olunub.
Həkimlər "omikron" ilə qanın laxtalanma riskinin xəstənin cinsindən, yaşından və müşayiət olunan xəstəliklərindən nə qədər asılı olduğunu bilmirlər.
Hiperkoaqulyasiya vəziyyəti laxtalanma sisteminin pozulması səbəbindən tromboza meyillilikdir. İltihabi reaksiyalar və bir sıra xroniki xəstəliklər qanın daha da qatılaşmasına səbəb ola bilər.
Daha çox xəbər:
"Omikron" ştamının əsas əlaməti AÇIQLANDI
DünyaHansı xəstəliklər trombların yaranmasına səbəb olur?
Gündəm / CəmiyyətKoronavirusun daha bir simptomu aşkarlandı
Dünya / SəhiyyəSəhiyyə Nazirliyindən “Omikron” ştamı ilə bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət"Bu dərmanların qəbulu ölümə səbəb ola bilər" - TƏBİB
Gündəm / Cəmiyyət