Gündəm / Cəmiyyət
03 fevral 2022
40
Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən şəxs HƏBS OLUNDU
Bakıda 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən Mehman Mansurovun barəsində həbs qətimkan tədbiri seçilib.
Bu barədə qərar Xəzər Rayon Məhkəməsində elan olunub.
Qərara əsasən, M.Mansoruvun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü M.Mansurov qonşuluqda yaşayan, 2018-ci il təvəllüdlü Məryəmi müxtəlif vaxtlarda döyüb. Uşağın öldüyünü görən M.Mansurov onu quyuya ataraq üzərinə torpaq töküb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Daha çox xəbər:

Bakıda oğlunu və gəlinini baltalayan şəxs barəsində həbs qətimkan tədbiri seçildi
Gündəm / Hadisə
Bakıda məşhur “Pub”da müştərini döyüb öldürən idmançının istintaqı başa çatdı
Gündəm / Hadisə
İmişlidə 11 yaşlı qızı zorlayan ögey ata HƏBS EDİLDİ
Gündəm / Cəmiyyət
Şamaxıda arvadını öldürmək istəyən şəxs həbs edildi
Hadisə
Azərbaycanda qız üstündə kütləvi DAVA: ÖLƏN VAR
Hadisə