Gündəm / Cəmiyyət
03 fevral 2022
28
Deputat Azərbaycanda 15 partiyanın olmasını təklif edib

"Partiyamız adından Prezident Administrasiyasına təkliflərimizi vermişik".
Bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı danışarkən deyib
Deputat bildirib ki, bununla bağlı müxtəlif fikirlər səsləndirilir, başqa dövlətlərlə müqayisə olunur:
"Məsələn, ABŞ-da açıq tipli partiyadır. Orada üzvlük məcburi deyil. Avropada elə dövlətlər var ki, 50,100 və bəzən 500 nəfər üzvlə də partiyalar təşkil etmək olar. Partiyaların cəmiyyətdə yeri onların demokratik seçkidə iştirakı ilə müəyyən olunmalıdır. Belə ki, hər partiya seçkilərdə hansı dərəcədə özünü göstərə bilir, qalib olur, dövlət yardımını da ona uyğun olaraq obyektiv almalıdır. Yoxsa, bizdə 50-60 partiya var. Biz partiya sədriyik, bəzən heç o partiyaların nə özlərini, nə də liderlərini tapa bilmirik. Azərbaycanda 15 partiya fəaliyyət göstərsə, yaxşı olar".

Daha çox xəbər:

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi
Siyasət
Prezident İlham Əliyev yeni qeydiyata alınmış siyasi partiyanı təbrik etdi
Gündəm / Siyasət
YAP və AK Partiya Gənclər birliklərinin sədrlərinin görüşü keçirildi — FOTOLAR
Gündəm / Cəmiyyət
Partiya sədri SAXLANILDI
Gündəm / Hadisə
Hostel yoxsa əxlaqsızlıq yuvası? - Milli Məclisdə MÜZAKİRƏ
Hadisə