Gündəm / Cəmiyyət
07 fevral 2022
22
Vilyam Hacıyev həbsdə namaza başladı
İmişli rayonunun həbsdə olan keçmiş icra başçısı Vilyam Hacıyev həbsdə ibadətə başlayıb.
Milliinfo.az “Yeni Sabah”a istinadən xəbər verir ki, hazırda Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsində olan keçmiş icra başçısı namaz qılır.
O, müəssisədə olanlara hər zaman islam dininə bağlı olduğunu, sadəcə işləri çox olduğundan ibadət üçün vaxt ayıra bilmədiyini deyib. Hətta dinə bağlı olduğunu sübut etmək üçün vaxtilə Göygöl rayonunda məscid tikdirdiyini də bildirib.
Qeyd edək ki, V.Hacıyev ötən ilin sentyabrından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Buna səbəb kimi, onun ağciyərlərində pnevmoniya aşkarlandığı göstərilir.
Daha çox xəbər:
Rafael Cəbrayılov həbsdə vəfat etdi
Gündəm / CəmiyyətHəbsdə olan icra başçısının yerinə TƏYİNAT - SƏRƏNCAM
Gündəm / SiyasətPenitensiar Xidmətin sabiq əməkdaşı apellyasiya şikayəti verib
GündəmPenitensiar Xidmətin sabiq əməkdaşı apellyasiya şikayəti verib
GündəmTəhsil müəssisələrində pandemiya dövründə tibbi xidmət necə qurulmalıdır?
Gündəm / Cəmiyyət / Hadisə