Gündəm / Cəmiyyət
08 fevral 2022
24

Azərbaycan vətəndaşları Türkiyədə icbari tibbi sığortadan yararlana biləcək

Azərbaycan vətəndaşları Türkiyədə icbari tibbi sığortadan yararlana biləcək

“Azərbaycandan xeyli sayda tələbə Türkiyədə tibb sahəsində təhsil alır, orada çalışır və ya vətənə geri dönürlər. Bu da hər sahədə olduğu kimi Türkiyə ilə Azərbaycan arasında əlaqələrə öz töhfəsini verir”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O qeyd edib ki, hazırda biz Türkiyə tərəfi ilə Vətən müharibəsi qazilərinə psixoloji yardımın göstərilməsi ilə bağlı layihə üzərində işləyirik: “Bundan əlavə, Azərbaycanda olan bir sıra xəstəxanaların Türkiyədəki xəstəxanalarla qardaşlaşması ilə bağlı layihələri müzakirə edirik”.

Zaur Əliyev vurğulayıb ki, Azərbaycan icbari sığorta sahəsində Türkiyə ilə əməkdaşlığı genişləndirmək, Türkiyə təcrübəsindən yararlanmaq niyyətindədir: “Gələcəkdə, bir neçə il sonra icbari tibbi sığortalarımızın qarşılıqlı olaraq hər iki ölkədə tanınması üzərində işləyəcəyik. Bundan sonra isə Türkiyə vətəndaşları Azərbaycanda, Azərbaycan vətəndaşları isə Türkiyədə icbari tibbi sığortadan istifadə edə biləcək”.