Gündəm / Cəmiyyət
10 fevral 2022
25
Bu icra hakimiyyətlərində nöqsanlar aşkarlandı - RƏSMİ
Biləsuvar, Cəlilabad və Şəmkir rayon icra hakimiyyətlərində və tabeli qurumlarında aparılan nəzarət tədbirləri nəticəsində inzibati binalarda, həmin rayon ərazilərindəki avtomobil yollarında təmir-tikinti işlərinin həcmlərinin sənədləşmələrdə artırılması, büdcə təşkilatları tərəfindən vəsaitin köçürülməsinə baxmayaraq, material qiymətlilərinin alınmaması, binaların qızdırılması üçün dizel yanacağının alınmasına ayrılmış vəsaitin mənimsənilməsi halları müəyyən olunub.
Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, adıçəkilən icra hakimiyyətləri başçılarının aparatlarına maddi təminatı zəif olan sakinlərə yardımların verilməsi məqsədilə ayrılmış vəsaitlərin, habelə müvəqqəti işə qəbul edilən işçilərə müvafiq iş və ya xidmətləri yerinə yetirmədikləri halda adlarına hesablanaraq ödənilmiş vəsaitlərin aidiyyəti rayon icra hakimiyyətinin məsul şəxsləri tərəfindən geri alındığı və bu kimi digər hallara yol verildiyi, bununla da büdcə vəsaitinin təyinatından yayındırıldığı aşkar edilib.
Daha çox xəbər:
Maliyyə Nazirliyi 104 milyon əsassız ödəniş aşkarladı
Gündəm / İqtisadiyyatHeydər Əliyev Fondunun verdiyi yardımı mənimsəyən 4 rayonun vəzifəli şəxsləri ilə bağlı – Rəsmi açıqlama
GündəmBaş Prokurorluq: Daha 6 şəhər və rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb
Gündəm / SiyasətDaha bir rayonda icra nümayəndəsi yardımı mənimsədi – Özü və müavini saxlanıldı
SiyasətAzərbaycanda daha bir neçə vəzifəli şəxsə cinayət işi açıldı
Gündəm / Cəmiyyət