Gündəm / Dünya
12 fevral 2022
33
İstanbulda dəhşətli hadisə - 4 NƏFƏR ÖLDÜ

Fevralın 11-də İstanbulda yerləşən bir sexdə baş verən yanğın zamanı dörd işçinin qatı dumandan zəhərlənərək öldüyü aşkar olunub.
Bu barədə İstanbul Valiliyindən açıqlama verilib. Bildirilib ki, hadisə şəhərin Güngören rayonunda meydana gəlib.
Ölən işçilərin xarici ölkə vətəndaşları olduğu bildirilir. Onların cəsədləri yanğından qorunmaq üçün saxlandıqları yerdə aşkarlanıb.
Qeyd edək ki, yanğın baş verən binada tekstil materialları istehsal edilirdi. Hadisə zamanı müxtəlif xəsarətlər alan daha altı işçi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı istintaq aparılır.

Daha çox xəbər:

Bakıda çoxmərtəbəli binada yanğın baş verib, 20 nəfər təxliyə olunub
Cəmiyyət
Azərbaycanda qəbiristanlıqda DƏHŞƏTLİ HADİSƏ - ÖLƏN VAR
Hadisə
Azərbaycanda binada yanğın: 20 nəfər təxliyə edildi
Hadisə
TƏLƏBƏLƏRİN BİNASINDA dəhşətli hadisə: 5 ölü, 38 yaralı
Hadisə
Azərbaycanda dəhşətli yanğın- 5 otaqlı ev külə döndü
Hadisə