Gündəm / Cəmiyyət
12 fevral 2022
17

Nazir bu rayonun polis rəisini vəzifəsindən azad etdi - ƏMR

Nazir bu rayonun polis rəisini vəzifəsindən azad etdi - ƏMR


Naxçıvan MR Daxili İşlər orqanlarında kadr dəyişikliyi baş tutub.

Naxçıvan MR Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Teymur Quliyev Naxçıvan MR Babək Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı Fərmanla polis polkovniki Rəşad İsmayılov Naxçıvan MR Daxili İşlər naziri təyin edilib.

Amia.az