Gündəm / Sosial
14 fevral 2022
34
Universitetin bu tələbələri təhsil xərcindən azad olundu
BDU-nun bu tələbələri təhsil xərcindən azad olundu
Bakı Dövlət Universiteti (BDU) Vətən müharibəsində iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərini qarşılayacaq.
Bu barədə BDU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.
Rektor Elçin Babayev qeyd edib ki, indiyədək Vətən müharibəsi qaziləri ilə bağlı bir neçə mühüm qərar qəbul olunub. Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır.
BDU Elmi Şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş altqruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün qanunvericiliyə uyğun bütün şərait yaradılır.
Daha çox xəbər:
BDU-nun 100 illiyinə həsr olunmuş bilik yarışması
TəhsilBDU-da rektor müşaviri bıçaqlandı
Gündəm / HadisəBakı Dövlət Universitetinin əlaçı məzunları: Buraxılış işi müdafiəsini könüllü olaraq seçdik
TəhsilMetroda ölən şəxs BDU-nun müəllimi imiş - YENİLƏNİB
Gündəm / CəmiyyətBDU-da daha 5 dekan və 21 kafedra müdiri vəzifəsi boşdur - SİYAHI
Gündəm / Cəmiyyət