Gündəm / Şou
16 fevral 2022
25
“Avroviziya” təmsilçimiz bəlli oldu - VİDEO

Azərbaycanı “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində “Səs Azərbaycan” vokal layihəsinin ikinci mövsümünün qalibi Nadir Rüstəmli təmsil edəcək.
Bu barədə İTV-nin səhər proqramında məlumat verilib.
Bildirək ki, N. Rüstəmli Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin məzunudur. O, 2019-cu ildə Azərbaycanı “Youthvision” beynəlxalq mahnı müsabiqəsində təmsil edib.
