Gündəm / Cəmiyyət
16 fevral 2022
37
Bakı, Sumqayıt və Abşeronda müəllimlərin yerdəyişmə qaydası dəyişdi
"Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə həyata keçiriləcək".
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu il üçün də müəllimlərin yerdəyişməsi ilə bağlı prosesə iyun ayından başlanılması nəzərdə tutulur: "İlk olaraq daimi əsaslarla işləyənlərə və şəhid ailəsi üzvlərinə vakansiya mərhələsində öncəlik veriləcək. Növbəti mərhələdə digər kateqoriyada olan namizədlər iştirak edə biləcəklər. Bakı, Sumqayıt və Abşeron üzrə müəllimlərin yerdəyişməsi MİQ vasitəsilə, digər bölgələrdə isə açıq şəkildə olacaq".
"Həvəsləndirmə tədbirləri tətbiq olunan müəllimlərin fəaliyyəti hər zaman diqqət mərkəzində olur. Onlar arasında da 3 il müddətində fasiləsiz işləyən müəllimlərin nəticələri yerdəyişmə zamanı 1.05, 5 ildən çox işləyən müəllimlərin balı isə 1,1 əmsalına görə hesablanacaq", - E.Bağırov bildirib.
Daha çox xəbər:
Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi başlayır
Gündəm / CəmiyyətBu gün müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçiminə başlanılır
Gündəm / Cəmiyyətİnformatika fənn üzrə müəllimlərin işə qəbulu başlayır
Gündəm / CəmiyyətMüəllimlərin vakansiya seçiminin nəticələri məlum oldu
Gündəm / Cəmiyyət“Müəllimlərin işə qəbulu ilə bağlı yeniliklər olacaq” - Nazir
Gündəm / Cəmiyyət