Gündəm / İqtisadiyyat
17 fevral 2022
31
Mikayıl Cabbarov “Iveco Truck & Bus”ın regional direktoru ilə görüşdü
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Iveco Truck & Bus” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Roman Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İqtisadiyyat naziri Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, zəngin təbii resursları barədə məlumat verib, biznes üçün geniş imkanları vurğulayıb.
“Iveco Truck & Bus” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Roman Smirnov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri və investisiya planları barədə danışıb, şirkətin Azərbaycanda yaradılmış sənaye zonalarında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.
Tərəflər Sumqayıt Kimya Sənaye Parkında IVECO markalı avtobus və xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələlərini müzakirə ediblər.
Daha çox xəbər:
Mikayıl Cabbarov xorvatiyalı nazirlə görüşdü - FOTOLAR
Gündəm / Cəmiyyət"İqtisadi artımın 5%-dən çox olması gözlənilir” - Mikayıl Cabbarov
İqtisadiyyatMikayıl Cabbarov Yaponiya səfiri ilə görüşdü - Foto
Gündəm / İqtisadiyyat"Bu, mühüm nailiyyətdir" - Mikayıl Cabbarov
Gündəm / İqtisadiyyatAzərbaycan-Ukrayna sənədləri imzalandı - YENİLƏNİB
Gündəm / Cəmiyyət