Gündəm / Dünya
23 fevral 2022
33
"Putin bütün Ukraynanın işğalı üçün bəhanə gözləyir" - Kansler
Rusiya prezidenti Vladimir Putin bütün Ukraynanı işğal etmək üçün bəhanə axtara bilər.
Bunu Almaniya kansleri Olaf Şolz Berlində çıxışı zamanı “Şimal axını 2” qaz kəmərinin sertifikatlaşdırılmasının dayandırıldığını elan edərkən deyib.
Onun sözlərinə görə, Almaniya və digər ölkələr BMT Təhlükəsizlik Şurasında açıq şəkildə bəyan ediblər ki, Moskvanın Ukraynanın şərqindəki separatçı regionlarının müstəqilliyini dəstəkləmək qərarı “dünyada dəstək görməyib”.
Kansler əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiyanın təxribatlarına tab gətirdiyinə görə dərin hörmətə layiqdir, çünki Rusiya prezidenti sadəcə olaraq bütün Ukraynanın mümkün işğalı üçün bəhanə əldə etməyi gözləyir.
Daha çox xəbər:
Putindən Ukraynanın Donbasda "Bayraktar"dan istifadə etməsinə REAKSİYA
Gündəm / Dünya"Rus əsgərləri Ukraynanın sərhədini keçərsə..." - Bayden
Gündəm / Dünya“Putin Ukraynaya hücum edəcək, hədəf Kiyevdir” - Bayden
Gündəm / DünyaPutin təlimdə həlak olan nazirə Rusiya Qəhrəmanı adı verdi
Sosial"Rusiya bizi NATO-ya üzv olmağa sövq edir" - Zelenski
Gündəm / Dünya