Gündəm / Cəmiyyət
01 mart 2022
20
Azərbaycanda general ona "telepuzik" deyən kəşfiyyatçını MƏHKƏMƏYƏ VERDİ
Müdafiə Nazirliyinin general-mayoru Hilal Nəcəfov nazirliyin Kəşfiyyat Baş İdarəsinin ehtiyatda olan mayoru Mansur Məmmədovu məhkəməyə verib.
Milliinfo.az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, general sabiq həmkarını ona böhtan atmaqda günahlandırıb və Cinayət Məcəlləsinin 147.1 (böhtan), 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş edib.
Şikayətdə göstərilib ki, M.Məmmədov xəstəliyə görə ehtiyata buraxılıb və bundan sonra özünə məxsus “facebook” səhifəsində H.Nəcəfov barəsində həqiqətə uyğun olmayan məlumatlar yayıb və onu dövlətə xəyanət etməkdə, qatil olmaqda ittiham edib. Bundan başqa şikayətçi göstərib ki, barəsində “eşşək”, “telepuzik general” və s. kimi ifadələrə işlətməklə ona qarşı təhqirlər səsləndirilib.
Binəqədi rayon məhkəməsi şikayəti aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərib.
Qeyd edək ki, Hilal Nəcəfov 2017-ci ildə general-mayor ali rütbəsi alıb. O, həmin il düşmənin diversiya-təxribat qrupunu zərərsizləşdirilməsi və qrupun bir üzvünün ələ keçirilməsində müstəsna rol oynayıb.
Məhkəmədə Mansur Məmmədovun təqsiri sübuta yetirilərsə, onu 6 aydan 3 ilədək həbs cəzası gözləyir.
Daha çox xəbər:
Elton Məmmədovla bağlı məhkəmə prosesi başladı
Gündəm / CəmiyyətRamiz Mehdiyev Ziya Məmmədovun qardaşını HƏBS ETDİRİR - Məhkəməyə BAŞ VURDU
Gündəm / CəmiyyətProkuror İlqar İsmayılova 8 il həbs cəzası istədi
Gündəm / CəmiyyətAzərbaycanda general qardaşının özünü ürəyindən güllələməsi ilə bağlı cinayət işi açıldı
Gündəm / CəmiyyətHəyat yoldaşı sabiq nazir müavinini məhkəməyə verdi
Cəmiyyət