Gündəm / Cəmiyyət
04 mart 2022
21
Parlament iki rayonun ləğv edilməsinə razılıq verdi

Milli Məclis Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsinə dair layihəni qəbul edib.
Bununla bağlı “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.
Layihədə Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının ləğv edilməsi təklif edilir. Dəyişikliklə Nizami və Kəpəz rayonlarındakı inzibati ərazi dairələri Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilir.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Daha çox xəbər:

İki rayonun ləğv edilməsi plenar iclasa tövsiyə olundu - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Gəncənin Nizami və Kəpəz rayonları ləğv olunur
Gündəm / Cəmiyyət
Milli Məclis bələdiyyələrin siyahısında dəyişiklik etdi
Gündəm / Cəmiyyət
"Media haqqında" qanun layihəsi üçüncü oxunuşda qəbul edildi
Gündəm / Cəmiyyət
Məhkəmələrə verilən şikayətlər üzrə bələdiyyələr rüsum ödəməyəcək
Gündəm / Cəmiyyət