Gündəm / Cəmiyyət
09 iyul 2021
28
Məhkəmələrə verilən şikayətlər üzrə bələdiyyələr rüsum ödəməyəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Qanuna dəyişiklik layihəsi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlanıb. Həmin fərmanla ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulub.
Qanunun 9-cu maddəsində edilən düzəlişlər əsasında isə bir sıra azadolma halları ilə bağlı maddələr ləğv edilir. Belə ki, 9.1.14-cü maddəyə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Daha çox xəbər:

Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etdi
Gündəm / Cəmiyyət / Sosial
“Əmək pensiyaları haqqında” qanun dəyişdirildi
Gündəm / Cəmiyyət
Milli Məclis işsiz şəxslərə güzəşt edilməsinə dair sənədi təsdiqlədi
İqtisadiyyat / Sosial
Parlament “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik etdi
Siyasət / İqtisadiyyat / Cəmiyyət / Sosial
Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
Siyasət