Gündəm / Cəmiyyət
08 mart 2022
27
MN: "Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub"
Martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi də atəşə tutub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır", - məlumatda qeyd edilib.
Daha çox xəbər:
Ermənilər atəşkəsi 24 dəfə POZDU
Gündəm / SiyasətErməni silahlı qüvvələri müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutub - RƏSMİ
Gündəm / CəmiyyətErməni silahlı qüvvələri müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutub - RƏSMİ
Gündəm / SiyasətAzərbaycan ordusunun mövqeləri atəşə tutulub
GündəmErmənilər Tovuzu ATƏŞƏ TUTDU
Cəmiyyət