Gündəm / Hadisə
09 mart 2022
48
Bakıda qadın polis bölməsinin həyətində ərini bıçaqlayıb
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Milliimfo.az "report"-a istinadən bildirir ki, hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb.
Belə ki, həyat yoldaşı N. J. tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəlüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar.
Daha sonra 34-cü polis bölməsinin həyətində N.H. ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbər:

Su Polisi intihar etmək istəyən şəxsi xilas etdi
Hadisə
Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı — VİDEO
Hadisə
Bakıda qanlı gecə - Bir qadın və bir kişi bıçaqlandı
Hadisə
Bakıda polis maşını qəzaya düşdü
Gündəm / Hadisə
Azərbaycanda film kimi OLAY: Oğul atasını qətlə yetirib evin həyətində basdırdı (YENİLƏNİB)
Gündəm / Hadisə