Gündəm / Dünya
23 mart 2022
20
Polşa Rusiya diplomatlarını ölkədən çıxarır

Polşa hökuməti fəaliyyəti Viyana Diplomatik Əlaqələr Konvensiyasına zidd olduğu ortaya çıxan bir qrup rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəlib.
Bu barədə xüsusi xidmətləri əlaqələndirmə nazirinin sözçüsü Stanislav Zarin mətbuat konfransında bildirib.
O, məsələ ilə əlaqədar Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin Xarici İşlər Nazirliyinə dəvət olunduğunu da diqqətə çatdırıb.
Daxili Təhlükəsizlik Agentliyinin məlumatına əsasən ölkədən çıxarılacaq 45 nəfərdən ibarət siyahıya rusiyalı diplomatlar və həyat yoldaşları daxildir. Bu şəxslərin məxfi məlumatlar toplamaqla yanaşı, yerli vətəndaşları xarici dövlətin xeyrinə casusluq fəaliyyətinə cəlb etdikləri də bildirilir.

Daha çox xəbər:

Polşa millisi Rusiya ilə oyundan imtina etdi
İdman
Mətanət Əsədovanın ölkədən çıxışına qadağa qoyuldu
Şou
XİN sözçüsü: İran Azərbaycanla əlaqələri inkişaf etdirməkdə heç bir sərhəd tanımır
Siyasət / Dünya
AZAL-dan 20 ölkədən Azərbaycana giriş-çıxışla bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət
Ceyhun Bayramovun da iştirak etdiyi iclasda 15 nəfər koronavirusa yoluxub - Foto
Gündəm / Dünya