İdman
26 fevral 2022
27
Polşa millisi Rusiya ilə oyundan imtina etdi
Futbol üzrə Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina edib.
Bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa özünün tviter səhifəsində yazıb.
Funksioner bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kəskinləşdiyi üçün bu ölkənin yığması ilə görüşmək niyyətində deyillər: "Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq".
Polşa millisinin kapitanı Robert Levandovski federasiyanın mövqeyini dəstəkləyib. Almaniya "Bavariya"sında çıxış edən 33 yaşlı hücumçu Ukraynada silahlı təcavüzün davam etdiyi bir şəraitdə Rusiya millisi ilə oyun keçirməyi təsəvvür edə bilmədiyini vurğulayıb: "Rusiyalı futbolçular və azarkeşlər buna görə məsuliyyət daşımırlar. Amma heç nə baş vermədiyini iddia edə bilmərik".
Qeyd edək ki, pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb. Cütün qalibi İsveç - Çexiya matçının ən güclüsü ilə martın 29-dakı finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.

Daha çox xəbər:

Polşa Belarusla sərhəddə fövqəladə vəziyyət elan etdi
Gündəm / Cəmiyyət
Mahir Emrelidən Poşla mətbuatına maraqlı açıqlamalar
İdman
Çempionlar Liqası: 3 komanda pley-offa vəsiqəni təmin edə bilər
İdman
Lukaşenko Putindən patrul xidməti köməyi istəyib
Dünya
Mahir Emreli Polşada ilk titulunu qazana bilər
Gündəm / İdman