Gündəm / Dünya
24 mart 2022
26
Zelenskidən NATO ölkələrinə XƏBƏRDARLIQ
“Biz ancaq xalqımızı xilas etmək istəyirik”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.
O bildirib ki, Rusiya Ukraynada dayanmaq niyyətində deyil: “Əminəm ki, siz artıq bunu başa düşürsünüz. Kreml daha da irəli getmək niyyətindədir. Tank, təyyarə və hava hücumundan müdafiə sistemlərinin bizim üçün əlçatan olması həm bizim, həm də sizin təhlükəsizliyiniz üçün önəmlidir”.
Dövlət başçısı, həmçinin Ukraynanın NATO-ya üzvlüyündən danışıb: “Daha bizə deməyin ki, sizin ordunuz NATO standartlarına uyğun deyil. Biz standartlarımızın nəyə qadir olduğunu artıq göstərmişik”.
Daha çox xəbər:
"Rusiya bizi NATO-ya üzv olmağa sövq edir" - Zelenski
Gündəm / DünyaGürcüstan və Ukrayna NATO-ya üzv olacaq
Gündəm / Dünya“NATO-dan soyumuşam, biz diz çöküb yalvaran ölkə olmayacağıq” - Zelenski
DünyaNATO bu ölkədə yeni döyüş qrupları yerləşdirir
Gündəm / DünyaBu gün İlham Əliyev NATO-nun Baş katibi ilə görüşəcək
Gündəm / Siyasət