Gündəm / Dünya
29 mart 2022
23
Ukraynada vilayət administrasiyasının binası raketlə VURULDU
Rusiya Ordusu Ukraynanın Nikolayev vilayət administrasiyasının binasına raket zərbəsi endirib.
Bu barədə Nikolayev vilayət administrasiyasının sədri Vitali Kim bildirib.
Hava zərbəsi endirilərkən Kim binada olmayıb.
Zərbə nəticəsində binanın bir hissəsi dağılıb.
Ukraynanın Starteji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzi bildirib ki, xilasedicilər dağıntılar altında 8 mülki şəxs və 3 hərbçini axtarır.