Gündəm / Dünya
04 aprel 2022
46
Yaponiya 20 ildən sonra Rusiyaya "işğalçı" dedi
Yaponiya mediası hakimiyyətin son 20 ildə ilk dəfə olaraq Cənubi Kuril adalarının Yaponiyanın ayrılmaz hissəsi olduğu və hazırda işğalda olması barədə sərt ifadəni siyasi leksikona qaytarmasını şərh edir. Sonuncu dəfə 2003-cü ildə "Rusiya tərəfindən işğal olunmuş ərazilər" ifadəsi mediada yer almışdı.
Bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, Yaponiya XİN 2022-ci il üçün diplomatiyanın "Mavi kitabı"nın layihəsini hazırlayıb. Layihədə son 20 ildə ilk dəfə olaraq Kuril barədə “hazırda Rusiyanın işğalı altındadır” müddəası yer alıb. Bundan başqa, sənəddə Ukraynada xüsusi hərbi əməliyyatını davam etdirən Rusiyaya ittihamlar yer alıb.
"Mavi kitab" 1957-ci ildən bəri hər il nəşr olunan Yaponiya diplomatiyasının xarici siyasətini və beynəlxalq əlaqələrini ümumiləşdirən sənəddir. Hazırkı “Mavi kitab”da qeyd edilir ki, Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi üzrə danışıqların perspektivlərindən danışmaq mümkün deyil.
Daha çox xəbər:
"Yaponiya ilə sülh müqaviləsinin imzalanması mümkün deyil" - Zaxarova
Gündəm / DünyaMikayıl Cabbarov Yaponiya səfiri ilə görüşdü - Foto
Gündəm / İqtisadiyyatÇin və Yaponiya dünyaya xəbərdarlıq etdi: Dünya iqtisadiyyatı İkinci Dünya Müharibəsindən bəri ən ağır böhranla üzləşib Read more: https://sputnik.az/economy/20200420/423701780/Dnya-iqtisadiyyat-n-pis-xbr-n-gcl-bhran-v-byk-qtlq-glir.html
İqtisadiyyat / Cəmiyyət / Dünya / Sosial"Ukraynada 4 AES-in hamısı müharibə səbəbindən təhlükə altındadır" - Zelenski
Gündəm / DünyaQarabağda Rusiyaya qarşı ikinci cəbhə iddiaları və Bakıdan qətiyyətli gediş - NƏ BAŞ VERİR?
Dünya