Gündəm / Dünya
08 aprel 2022
35
"Müharibə yaxın gələcəkdə bitməyəcək" - Makron
Ukraynada müharibənin tezliklə bitməsini gözləmək lazım deyil.
Bu barədə Fransa prezidenti Emmanuel Makron deyib.
O, həmçinin Donbasda "çox çətin vəziyyətin" olacağını proqnozlaşdırıb: "Bu münaqişə təəssüf ki, yaxın gələcəkdə bitməyəcək. Düşünürəm ki, yaxın günlərdə və həftələrdə Donbasda çox çətin vəziyyətin şahidi olacağıq", - Makron bildirib.
Fransa lideri qeyd edib ki, Türkiyə, Yunanıstan və BMT ilə birlikdə Mariupol və Dnepr şəhərlərində humanitar əməliyyatların təşkili üçün hər şeyi edirlər.
