Gündəm / Siyasət
16 dekabr 2021
30
Makron Azərbaycan dilində paylaşım etdi - Foto
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.
Fransa Prezidenti öz rəsmi feysbuk hesabında Prezident İlham Əliyevlə təkbətək danışıqlarından foto paylaşaraq Azərbaycan dilində şərh verib.
“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, - deyə o, paylaşımında qeyd edib.
Makron bunun ardınca görüşdən daha bir foto paylaşaraq Azərbaycan, fransız və erməni dillərində “Ermənistan, Azərbaycan birlikdə!”- deyə şərh bildirib.
Qeyd edək ki, Fransa Prezidenti dəfələrlə sosial şəbəkə hesablarında erməni dilində paylaşımlar edib və o, ilk dəfədir ki, Azərbaycan dilində paylaşım edir.



Daha çox xəbər:

İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş keçirilib
Gündəm / Siyasət
Paşinyan İlham Əliyevlə görüşündən danışdı
Siyasət
Paşinyan İlham Əliyevlə görüşmək istədiyini AÇIQLADI
Gündəm / Cəmiyyət
Bu gün Brüsseldə Aİ Şurası, Azərbaycan və Ermənistanın liderləri görüşəcək
Gündəm / Siyasət
Donald Tramp Emmanuel Makronun vəzifəsini dəyişik saldı
Dünya