Gündəm / Cəmiyyət
11 aprel 2022
23
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır - FOTO
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə edilib.
Hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.
Qeyd edək ki, E.Rüstəmov hazırda Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən də azad olunacaq.
"Report"
Daha çox xəbər:
Elman Rüstəmov: Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib
İqtisadiyyat"Bankları çox şeydə ittiham etmək olar" - Elman Rüstəmov
Gündəm / İqtisadiyyatDeputatlar bu gün 8 məsələni müzakirə edəcək
SiyasətMərkəzi Bankın valyuta hərracında dollara tələb kəskin artdı
İqtisadiyyatBu şəxslərin banklardakı pulları batacaq – Elman Rüstəmov ‘təəssüf edirəm’ dedi
İqtisadiyyat / Cəmiyyət / Sosial