Gündəm / Cəmiyyət
12 aprel 2022
24
Elman Rüstəmov AMB İdarə Heyətinin üzvlüyündən azad edildi
Milli Məclisin bu gün keçirilən plenar iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarılıb.
Məsələ barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.
O bildirib ki, komitənin ötən gün keçirilən iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi ilə bağlı Prezidentin təqdimatı deputatlar tərəfindən müsbət qarşılanıb.
Elman Rüstəmov iclasda iştirak etmir.
Qeyd edək ki, E.Rüstəmov hazırda Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunacaq.
Xatırladaq ki, bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.
Daha çox xəbər:
Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən çıxarılır - FOTO
Gündəm / CəmiyyətElman Rüstəmov: Azərbaycanın valyuta bazarında vəziyyət stabilləşib
İqtisadiyyat"Bankları çox şeydə ittiham etmək olar" - Elman Rüstəmov
Gündəm / İqtisadiyyatBu şəxslərin banklardakı pulları batacaq – Elman Rüstəmov ‘təəssüf edirəm’ dedi
İqtisadiyyat / Cəmiyyət / SosialAzərbaycanda biznes kreditlərin payı artır
İqtisadiyyat