Gündəm / Cəmiyyət
12 aprel 2022
38
Emin Əmrullayev Misir Mərdanovun qərarını LƏĞV ETDİ

Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”u təsdiqləyib.
Bu barədə təhsil naziri əmr imzalayıb.
Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib.
Təhsil İnstitutuna (Rüfət Əzizov) “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
Qeyd edək ki, ləğv edilən əmri sabiq Təhsil naziri Misir Mərdanov imzalamışdı.

Daha çox xəbər:

"Bu rayon təhsil şöbələrinin ləğvi anlamına gəlmir" - Emin Əmrullayev
Gündəm / Şou
Təhsil şöbələri LƏĞV EDİLDİ
Gündəm / Siyasət
Təhsil naziri bu universitetə prorektor TƏYİN ETDİ
Gündəm / Cəmiyyət
Təhsil naziri məktəblərin açılmasından danışdı
Təhsil
Təhsil naziri valideynlərə müraciət etdi
Gündəm / Sosial