Gündəm / Cəmiyyət
14 aprel 2022
5 011
Azərbaycanda köhnə avtomobil BAĞLILIĞI - Bu maşınların idxalı artır - Ekspert SƏBƏBİNİ açıqladı
"Ölkəyə yenidən köhnə avtomobillərin gətirilməsi artıb. Şəhərdə gördüyünüz hər 25 maşından cəmisi 1-i təzədir, yəni yaşı 5 ildən çox deyil”.
Bunu iqtisadçı-ekspert Samir Əliyev bildirib. S.Əliyev rəsmi məlumatlara istinadən qeyd edib ki, avtomobillərin 78 faizindən çoxunun istehsal tarixindən 10 il, 17 faizinin istehsal tarixindən 5-10 il, 4 faizinin istehsal tarixindən isə 5 ilə qədər vaxt ötür: "2016-cı ildə təzə, yəni istehsal tarixindən 5 ilə qədər vaxt keçən avtomobillərin payı 17 faiz idi. Əgər 5 il əvvəl hər 6 avtomobildən 1-i təzə idisə, son məlumata görə 25 avtomobildən biri təzədir.
Qısa müddətdə təzə avtomobillərin payının bir neçə dəfə azalması məhz köhnə avtomobillərin idxalının sürətlə artması və istifadə müddəti bitən avtomobillərin dövriyyədən çıxarılmaması ilə bağlıdır”. Ekspert xatırlatdı ki, son 30 ildə ölkəmizdə minik avtomobillərinin sayı bir neçə dəfə artıb. Onun fikrincə, artımın əsasən köhnə avtomobillər hesabına təmin edilməsi həm təhlükəsizlik baxımından, həm də atmosfer havasına atılan zərərli qazların miqdarının artması baxımından doğru deyil:
"Azərbaycanda 1990-cı ildə 260,2 min minik avtomobil olub. Son məlumata görə minik avtomobillərinin sayı 1,264 milyon ədədi keçib. Avtomobil sayının sürətlə artması hesabına hər 100 ailəyə düşən minik avtomobillərinin sayı 16-dan 60-a çatıb. Bunun nəticəsində isə 1 km şosse yollarına düşən avtomobillərin sayı 11-dən 80-ə yüksəlib”.
Daha çox xəbər:
Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞDI
İqtisadiyyatBu avtomobillərin idxalı gömrük rüsumlarından tam azad edilə bilər - RƏSMİ
Gündəm / CəmiyyətBakıda avtomobillərin tüstüsü ətrafı bürüyüb - VİDEO
HadisəBakıda köhnə binalarda mənzillər ucuzlaşır – SƏBƏB
Gündəm / CəmiyyətTürk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edir – ekspert danışır
İqtisadiyyat