Gündəm
09 may 2019
72
Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti
Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən xəstələrdən 7 nəfərin vəziyyəti ağır olaraq qalır.
Sonxeber.az-ın məlumatına görə, bunu xəstəxananın reanimotoloqu Aybəniz Nəbiyeva deyib.
Onun sözlərinə görə, hazırda reanimasiyada olan həmin 7 nəfərdən 3-nün vəziyyəti daha kritikdir: "3 nəfərin bədəninin 40 faizi və nəfəs boruları yanıb. Vəziyyəti kritik olanların 3-ü də xarici ölkə vətəndaşlarıdır. Digər xəstələrin isə vəziyyəti orta ağırdır. Xəstələrin bəzilərinin vəziyyəti normal olandan sonra evə buraxıla bilər".
Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.
Daha çox xəbər:
Xəzər dənizində baş verən qəza ilə bağlı - RƏSMİ AÇIQLAMA
HadisəXəzərdə gəmidə partlayış olub - Yaralılar var - RƏSMİ AÇIQLAMA
HadisəSON DƏQİQƏ: Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ - 3 ölü, 7 yaralı
HadisəSalyanda məktəblilər olan mikroavtobus aşdı - Ölən və yaralananlar var + Yenilənib
HadisəCem Yılmazın vəziyyəti səhnədə pisləşdi
Gündəm