Gündəm / Cəmiyyət
09 may 2022
33
Kür çayında suyun səviyyəsi artdı
Kür çayında suyun səviyyəsi artıb.
Son günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Xüsusi ilə bu, çayın Salyan rayonu ərazisindən keçən hissəsində daha çox müşahidə olunur. Belə ki, mayın 30-dan bu günə kimi Kürdə suyun səviyyəsi 1,5 metr qalxıb.
Su səviyyəsinin artımı Kür boyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə şərait yaradıb. Bir müddət bundan öncə əkin sahələrinin suvarılmasında çətinliklər vardısa, artıq bütün bunlar geridə qalıb.
Mütəxəssislərin fikrincə, bundan sonra da Kür çayında artımlar müşahidə olunacaq. ("Report")
Daha çox xəbər: