Gündəm / Cəmiyyət
07 fevral 2022
24
Bəzi ərazilərdə su olmayacaq
Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə su olmayacaq.
Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Kür-Bakı magistral su kəmərində planlaşdırılan əsaslı təmir işləri ilə əlaqədar 7 fevral tarixində axşam saatlarından başlayaraq 8 fevral tarixində gün ərzində Qaradağ rayonunun Qobustan qəsəbəsi və Ələt qəsəbəsinin bir hissəsinə, həmçinin Hacıqabul rayonunun Qızılburun, Atbulaq kəndlərinə, Navahı kəndinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
