Gündəm / Cəmiyyət
09 may 2022
43
DTX əməkdaşları "Heydər zirvəsi"nə yürüş etdi
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd olunub ki, yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəklərində düşərgə salaraq, tam heyətdə müəyyən olunmuş marşrut üzrə “Heydər zirvəsi”nə qalxmışlar. Ümummilli Liderin barelyefi önündə onun əziz xatirəsini dərin ehtiramla yad edən heyət orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Daha çox xəbər:
DTX əməkdaşları "Heydər zirvəsi"nə yürüş etdi
Gündəm / CəmiyyətDTX əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini andılar - FOTOLAR
Gündəm / CəmiyyətPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
İqtisadiyyatƏsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO
CəmiyyətÇexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO
Cəmiyyət / Dünya