Gündəm / Cəmiyyət
10 may 2022
20
Əhməd İsmayılov hücuma məruz qalan jurnalistlə görüşdü
Mayın 10-da Medianın İnkişafı Agentliyində İcraçı direktor Əhməd İsmayılovun jurnalist Aytən Məmmədova ilə görüşü keçirilib.
Bu barədə Agentlikdən məlumat verilib.
Əhməd İsmayılov jurnalistin hücuma məruz qalması faktının Agentliyin diqqət mərkəzində olduğunu bildirib.
Aytən Məmmədova mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalması ilə bağlı fikirlərini bölüşüb.
İcraçı direktor bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Qeyd olunub ki, hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcəkdir.
Daha çox xəbər:
"Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılov
Gündəm / Cəmiyyət"Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə ehtiyac var" - Əhməd İsmayılov
Gündəm / Cəmiyyət"Qarabağın su hövzələrində yarış keçirilə bilər" - Əhməd İsmayılov
Gündəm / CəmiyyətBakıda jurnalistə hücum edilib - FOTO
Gündəm / HadisəCinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Hadisə