Gündəm / Cəmiyyət
16 may 2022
27
Prezident kraliçaya Qarabağ atı hədiyyə etdi

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizavetaya Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.
ARAF-dan verilən məlumata görə, kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi təşkil edilən “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.
Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birlikdə yeni sahibinə təhvil verilib.
Daha sonra Azərbaycanın tanınmış heykəltaraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub.
Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkür edib, “Vindsor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.
Qeyd edək ki, 1956-cı ildə Nikita Xruşşov kraliça Yelizavetaya (o, 1952-ci ildən taxtdadır) artıq Qarabağ atı hədiyyə edib. O vaxt kraliçaya göndərilən atın adı “Zaman” idi. Amma onda bu at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzorda təqdim edilib.





Daha çox xəbər:

Kraliça Qarabağ atlarına heyran oldu - Foto
Dünya
İlham Əliyevə "Qarabağ" klubunun forması hədiyyə olundu - FOTO
Gündəm / Siyasət
Prezident Rafiq Nəsirova ev hədiyyə etdi - FOTO
Gündəm / Siyasət
İlham Əliyev Xalq artistinə mənzil hədiyyə etdi
Mədəniyyət
Prezident Ceyms Hippini qəbul edib
Gündəm / Siyasət