Gündəm / Cəmiyyət
31 may 2022
19
Kamran Əliyev bu tarixdə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev cari il iyunun 7-də saat 10:00-da Şəmkir rayon prokurorluğunun inzibati binasında Şəmkir, Gədəbəy və Daşkəsən rayon sakinlərinin qəbulunu keçirəcək.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəmkir rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Daha çox xəbər:

Rəşad Nəbiyev bu tarixdə Ucar sakinlərini qəbul edəcək
Gündəm / Cəmiyyət
Kamran Əliyevdən YENİ TƏYİNATLAR
Gündəm / Cəmiyyət
Kamran Əliyev bu şöbəyə rəis TƏYİN ETDİ
Gündəm / Şou
Baş Prokurorluq: Daha 6 şəhər və rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb
Gündəm / Siyasət
Kamran Əliyev Baş prokuror vəzifəsinə təyin edildi - SƏRƏNCAM 1 May, 2020 13:43 472
Siyasət / Cəmiyyət