Gündəm / İdman
06 iyun 2022
19
“Formula-1” Ağdamda keçirilsin - TƏKLİF
Qarabağın, işğaldan azad edilən torpaqlarımızın canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac var.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ənənəvi büdcə hesabına bərpa modeli effekt verməyəcək, iqtisadi canlanma yaratmayacaq:
"Ancaq büdcə hesabına iqtisadi fürsətlər yaratmaq mümkün olsaydı, ölkənin digər rayonlarında da son 30 ildə inkişaf və iqtisadi canlanma görərdik. Belə addımlardan biri “Formula-1” yarışlarının Ağdama köçürülməsi ola bilər. Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı, həm də Bakının yükü azalar, şəhər əhalisinin "Formula-1" çiləsinə son verərdi.
Yarışlar olmayanda il boyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də ağdamlıların ənənəvi avtomobil sevdası yeni xidmətlərin, yeni maşın bazarının yaranmasına səbəb olardı".
Daha çox xəbər:
Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır
İdmanFormula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı
İdmanBağlanmış yolların nə zaman açılacağı məlum oldu
GündəmBu gündən Bulvara giriş 5 günlük qadağan edildi.
CəmiyyətVüqar Bayramov: Vergi güzəştləri postpandemiya dövründə Azərbaycanda yeni iqtisadi modelin tətbiq ediləcəyindən xəbər verir
İqtisadiyyat