Gündəm / Cəmiyyət
06 iyun 2022
24
Rusiya ələ keçirdiyi ərazilərə KTMT sülhməramlılarını yerləşdirəcək?
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlılarının Ukraynanın Rusiyanın nəzarətində olan ərazilərinə, eləcə də Donetsk və Luqanska yerləşdirilməsinin mümkün olduğunu açıqlayıb.
“İstisna etmək olmaz ki, Ukraynanın azad edilmiş ərazilərində, “DXR” və “LXR”də KTMT ölkələrindən sülhməramlılara tələbat olacaq”, - deyə Kartapolov jurnalistlərə bildirib.
“Çətin ki, bəzi NATO ölkələrinin sülhməramlılar adı altında oraya daxil olmağa çalışması ilə razılaşaq”, - deyə komitə sədri əlavə edib.
Eyni zamanda, Kartapolov qeyd edib ki, hazırda orada sülhməramlıların olmasına ehtiyac görmür və “vəziyyətin özü buna imkan vermir”.
“Nə qədər ki, xüsusi hərbi əməliyyat davam edir, orada sülhməramlılar görünməyəcək və bütün vəzifələr həll olunana qədər belə davam edəcək, lakin nizamlanmanın münaqişədən sonrakı mərhələsində müxtəlif variantlar mümkündür. Ola bilsin ki, KTMT sülhməramlılarına tələb yaransın”, - deyə komitənin rəhbəri vurğulayıb.
Mənbə: İnterfaks

Daha çox xəbər:

Putinin “KTMT-yə gəlin” TƏKLİFİ: Moskva istədiyini ala bilməyəcək – TƏHLİL
Gündəm / Cəmiyyət
Qazaxıstan ölkədəki vəziyyəti xarici hücum kimi qiymətləndirib
Gündəm / Dünya
Əməliyyat hədəfə çatana qədər davam edəcək - Şoyqu
Dünya
"Rusiya bizi NATO-ya üzv olmağa sövq edir" - Zelenski
Gündəm / Dünya
Moskvada MDB və Şanxay Əməkdaşlığı Təşkilatının Müdafiə nazirlərinin iclası keçirilib
Siyasət / Dünya