Gündəm / Dünya
07 iyun 2022
35
Bütün Rusiya universitetləri Boloniya sistemindən çıxarılıb
Rusiyanın bütün universitetləri Boloniya sistemindən çıxarılıb.
Bunu Rusiyanın Təhsil və elm nazirinin müavini Dmitri Afanasyev Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin "Müasir şəraitdə Rusiya Federasiyasında ali təhsil sisteminin inkişafı məsələləri" mövzusunda geniş iclasında çıxışı zamanı deyib.
Qeyd olunub ki, Rusiya Rektorlar İttifaqının müraciəti əsasında təhsil müəssisələrinin rəhbərlərinin imzalamasından sonra ölkənin təhsil təşkilatları faktiki olaraq Boloniya prosesindən kənarlaşdırılıb.
Bildirilib ki, 20 il ərzində Boloniya sistemindən istifadə etdikdə məlum oldu ki, bir sıra xüsusiyyətlər əvvəlcə qarşıya qoyulan məqsədlərə nail olmağa kömək etmir.
Rusiya Təhsil və Elm Nazirliyinin rəhbəri Valeri Falkov bildirib ki, Rusiya yaxın bir neçə ildə milli təhsil sisteminə keçə biləcək.
Daha çox xəbər:
Milli Məclisin ilk komitə iclasının vaxtı məlum oldu
ŞouDoktorantlar üçün təhsil xərclərinin miqdarı müəyyənləşib
TəhsilMilli Məclisin komitə iclasları başlayır
Gündəm / SiyasətMilli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
SiyasətRegional Təhsil İdarələrinə təyinatlar olacaq
Cəmiyyət