Gündəm / Cəmiyyət
10 iyun 2022
16
Təhsil Nazirliyində qanun pozuntusu AŞKARLANDI
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Təhsil Nazirliyinin təqdim etdiyi sənədlər əsasında Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində dövlət satınalmaları sənədlərinin saxtalaşdırılması ilə əlaqədar Baş Prokurorluğa müraciət ünvanlayıb.
Xidmətdən verilən məlumata görə, belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adından hazırlanmış və Təhsil Nazirliyinin tabeliyində olan qurumları üçün bir mənbədən satınalma metodunu tətbiq etməklə həyata keçirilməsini, həmçinin müsabiqələr nəticəsində müqavilələrin bağlanılmasını nəzərdə tutan 25-dən çox saxta məktub Təhsil Nazirliyi tərəfindən Dövlət Xidmətinə təqdim edilib.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən saxta sənədlərin hazırlanması əməllərində cinayət tərkibi əlamətlərinin olduğunu nəzərə alaraq Dövlət Xidməti məsələnin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib.
Daha çox xəbər:
Dövlət uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verildi
Gündəm / CəmiyyətTəhsil Nazirliyində pozuntular AŞKARLANDI
CəmiyyətTəhsil Nazirliyi məktəblərdə pozuntular aşkarlayıb
Gündəm / TəhsilBaş nazirdən Təhsil nazirliyi ilə bağlı QƏRAR
Gündəm / SiyasətUkraynada təhsil alan azərbaycanlı tələbələrlə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Cəmiyyət