Gündəm / Cəmiyyət
11 iyun 2022
39
Bu şirkət Azərbaycana uçuşlarını yenidən dayandırdı
"Ural Hava Yolları” şirkəti Azərbaycana iyulun 1-dən oktyabrın 20-dək nəzərdə tutulan uçuşlarını dayandırıb.
Bu barədə məlumatı aviaşirkət yayıb.
Bildirilir ki, qərar Rusiya və Ukrayna arasında yaranan vəziyyətlə əlaqədər verilib.
Aviaşirkət iyul ayında Azərbaycanla yanaşı, Ermənistana, Qazaxıstana, Özbəkistana nəzərdə tutulan uçuşlarını ləğv edib.
Şirkətin məlumatında qeyd olunub ki, ancaq Kamçatkadan Sankt-Peterburqa olan reyslər işləyəcək.
Qeyd edək ki, mart ayında (5-26 tarixlərində) bu aviaşirkət Azərbaycana uçuşlarını dayandırmışdı.
Xatırladaq ki, “Ural Hava Yolları” şirkəti Azərbaycana Jukovsk, İrkutsk, Yekaterinburq, Kaluqa, Perm, Omsk, Krasnoyarsk, Novosibirsk, Nijni Novqorod, Samara və Mineralnıye Vodı şəhərlərindən birbaşa uçuşlar həyata keçirirdi.
Daha çox xəbər:
Bakıdan İstanbula nəzərdə tutulan aviareyslər ləğv edildi
Gündəm / CəmiyyətTHY 200-dən çox reysi təxirə saldı
Gündəm / DünyaTHY Minsk və Rostova uçuşları yenə ləğv etdi
Gündəm / DünyaTürkiyənin mülki aviasiya sənayesi zərərdə
İqtisadiyyat / DünyaAZAL-dan 20 ölkədən Azərbaycana giriş-çıxışla bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət