İqtisadiyyat / Dünya
13 noyabr 2020
33
Türkiyənin mülki aviasiya sənayesi zərərdə
Milliinfo.az
Bu ilin III rübündə Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti 946 milyon lirə (təxminən 123 milyon ABŞ dolları) zərər edib. Halbuki aviaşirkət ötən ilin eyni dövründən 3,7 milyard lirə (482 milyon ABŞ dolları) mənfəətlə çıxmışdı.“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir.
III rübdə Türkiyənin aşağı büdcəli aviaşirkəti “Pegasus Airlines” isə 103 milyon lirə (təxminən 13,5 milyon ABŞ dolları) mənfəət əldə edib. Bu isə illik müqayisədə 91,4% azdır.
Qonşu ölkənin hava limanlarının idarə edilməsi ilə məşğul olan TAV şirkəti isə III rübü 445 milyon lirə (təxminən 58 milyon ABŞ dolları) zərərlə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövründə 561 milyon lirə (təxminən 73 milyon ABŞ dolları) mənfəət əldə etmişdi.
Daha çox xəbər:
Azərbaycana avtomobil idxalı artmaqda davam edir
İqtisadiyyatAzərbaycanda valyuta hərracında dollara tələb artıb
İqtisadiyyat / CəmiyyətABŞ Ermənistana daha 25 milyon dollar verəcək
Siyasət / İqtisadiyyat / DünyaAzərbaycanda son üç ayda qeyri-neft sektoru üzrə ixrac 3.3 faiz artıb - FOTO
İqtisadiyyatMərkəzi Bankın valyuta hərracında dollara tələb kəskin artdı
İqtisadiyyat