Gündəm / Hadisə
13 iyun 2022
186
DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu (VİDEO)
Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər.
Bu barədə REAL TV-nin “Mir Şahinin vaxtı” verilişində məlumat verilib.
Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub.
Belə ki, Fidan öz vaxtını internet resurslarında keçirərkən təhlükəli tora düşüb. Ermənistanın revanşist qüvvələri, anti-Azərbaycan, anti-türk qrupunun üzvləri ona fokuslanırlar və Fidan Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib.
Fidana radikal, nasist Haytarakan qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib.
Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub.
Daha çox xəbər:
Dövlətə xəyanət edən şəxs ifşa olunaraq həbs edildi
Gündəm / SiyasətErməni casus şəbəkəsinin ifşası - 19 hərbçi saxlanıldı
Gündəm / DünyaDövlətə xəyanət ittihamı ilə tutulan redaktorun cəzası azaldıldı
Gündəm / SiyasətErməni daşnaklarının Hitlerə və Holokosta rəğbətini ifşa edən sənəd aşkarlanıb
SiyasətErmənistan MTX-nin keçmiş direktorunun casus olması araşdırılır
Dünya