Gündəm / İdman
13 iyun 2022
21
"Qarabağ" klubu ilə bağlı çəkilən filmin adı məlum olub

"Qarabağ" Futbol Klubu (FK) ilə bağlı çəkilən filmin adı məlum olub.
Mədəniyyət Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ekran əsəri "Qarabağ" FK 30 mövsüm səfərdə” adlanır.
Qeyd olunub ki, 4 seriyalı sənədli film dövlət sifarişi ilə nazirliyin "Salnaməfilm" studiyasında istehsal olunur.
""Qarabağ" FK-nin uğur hekayəsi və 30 ildən sonra Ağdama qayıdışından bəhs edən filmin ölkəmizdəki çəkilişlərinin böyük bir hissəsi tamamlanıb. Xaricdə planlaşdırılan çəkilişlərin yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq", - qurumdan vurğulanıb.
Nazirlikdən bildirilib ki, filmin istehsalının bu ilin sonunadək tamamlanması nəzərdə tutulub.

Daha çox xəbər:

Polad Həşimovla bağlı film çəkilib
Gündəm / Mədəniyyət
"Qarabağ" səfərdə məğlub OLDU
İdman
AzTV Suriyadan maraqlı film hazırladı - Video
Gündəm / Cəmiyyət
"Prostokvaşinonun qayıdışı" cizgi filminin yeni seriyası "YouTube" kanalında
Dünya
İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar sənədli film hazırlanıb
Gündəm / Siyasət