Dünya
05 may 2019
168
"Prostokvaşinonun qayıdışı" cizgi filminin yeni seriyası "YouTube" kanalında
"Prostokvaşinonun qayıdışı" cizgi filminin "Gülərüz süd" adlı yeni seriyası "Soyuzmultfilm"in "YouTube" kanalında yerləşdirilib.
BEŞ.AZ AZƏRTAC-a istinadən bildirir ki, filmin rejissoru Rusiya animasiya festivalının mükafatçı Sofya Kravtsovadır.
Filmin yeni 14-cü seriyasında Peçkin adlı poçtalyon rəhbərliyin tapşırığı ilə birdən-birə gülməyə başlayır. Bu ərəfədə Fyodor əmi, Şarik və Vera Pavlovna soyuq dəymiş Tama Tamanın müalicəsi ilə məşğul olurlar.
Kinostudiyanın mətbuat xidmətindən verilən məlumatda göstərilir ki, növbəti seriyada hələlik sirr saxlanılan yeni epizodik qəhrəman yaranacaq. Tama Tamanın ətrafında qurulan süjet xətti Prostokvaşino dünyasında çəkilən sonuncu yeni qəhrəmanı deyil. Artıq növbəti epizodda yeni personajın gəlişi gözlənilir. Növbəti iki ildə filmin yaradıcıları 30-a yaxın yeni seriya buraxmağı planlaşdırırlar. Bu filmdə qəhrəmanların yeni səslərlə dublyaj olunduğunu görmək olar. Filmin yaradıcıları köhnə seriyalardakı şəkil çəkmə texnikasını qorumağa çalışsalar da, süjet xəttini müasirləşdiriblər.