Gündəm / Hadisə
15 iyun 2022
17
Təhsil Nazirliyinə məxsus binada yanğın

Şamaxı rayonunun Şirvan kəndində Təhsil Nazirliyinə məxsus (fəaliyyət göstərməyən və istifadəyə yararsız) orta məktəb binası yanıb.
Ümumi sahəsi 330 m² olan birmərtəbəli orta məktəb binasının yanar konstruksiyaları 120 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın Fövqaladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
