Gündəm / Cəmiyyət
20 iyun 2022
27
Vüqar Gülməmmədov 3 150 manat maaş ALACAQ
Hesablama Palatasının üzvlərinin təminatları dəyişir.
Milliinfo.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı “Hesablama Palatası” haqqında qanuna dəyişiklik təklif edilir.
Layihəyə əsasən, Hesablama Palatasının sədri 3 150 manat, Hesablama Palatasının auditorları 2 625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.
Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.
Qeyd edək ki, qüvvədə olan qanuna əsapsən, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir. 34.4. Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Daha çox xəbər:

Hesablama Palatasının YAP-da yoxlamalar aparması ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Siyasət
Hesablama Palatası gələn ilin dövlət büdcəsi layihəsini təsdiqlədi
Gündəm / Cəmiyyət
Hesablama Palatası YAP-da yoxlamalara BAŞLADI
Gündəm / Cəmiyyət
Hesablama Palatasının fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
İqtisadiyyat
Milli Məclis: “Eldəniz Səlimova deputat maaşı veriləcək”
Gündəm / Cəmiyyət