İqtisadiyyat
29 aprel 2020
29
Hesablama Palatasının fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
Milliinfo.az Hesablama Palatasının fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib
Beynəlxalq Büdcə Layihəsinin Açıq Büdcə İndeksi (ABİ) üzrə açıqladığı son hesabatda Hesablama Palatasının ali audit orqanı olaraq fəaliyyəti əvvəlki hesabatla müqayisədə daha yüksək balla qiymətləndirilib.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, Hesablama Palatasının dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzərində nəzarət fəaliyyəti 100 baldan 89 bal olaraq dəyərləndirilib, bu da əvvəlki qiymətləndirmədən 6 bal çox olmaqla palata tərəfindən büdcə üzərində adekvat nəzarətin təmin edildiyini göstərir.
ABİ dövlətlərin büdcə şəffaflığını qiymətləndirən bir diaqnostik alətdir. İndeksin məqsədi şəffaflıq və hesabatlılıq parametləri kimi qəbul edilən meyarların konkret ölkədə fiskal diaqnostikasının aparılması və büdcə prosesi üzrə hazrılanan 8 hesabatın vaxtlı-vaxtında internetdə yerləşdirilərək ictimaiyyətə çatdırılma səviyyəsini müəyyənləşdirməkdir.
İndeksi bütün ölkələr üçün eyni olan sorğu əsasında hesablanır. Sorğu 145 sualı əhatə edir və hər bir sual 100 ballıq şkala ilə qiymətləndirilir.
Hesablama Palatası postsovet ölkələri arasında Rusiya və Gürcüstanla birlikdə ilk yeri bölüşür və bir çox Avropa ölkələrinin ali audit orqanları ilə müqayisədə daha yüksək mövqedədir.

Daha çox xəbər:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
SiyasətBakıda həbs olunan sabiq səfirdən xəbər var
GündəmBakı üzrə yüksək bal toplayan məzunlar
Cəmiyyət / TəhsilSəfir Eldar Həsənov tutuldu - RƏSMİ
Siyasət / Hadisə“Xalqın içinə çıxmağa üzü olmayan nazir gedib evində otursun”
Siyasət