Gündəm / Cəmiyyət
22 iyun 2022
15
Deputatlara aylıq 7 500, şəhid ailəsinə isə 500 manat verilir
Azərbaycanda deputatların maaşı artırılıb və vəzifə maaşlarına əlavələr müəyyən edilib. Belə olan halda deputatların aylıq maaşları ilə şəhid və qazi ailələrinə verilən təqaüdlərin məbləğləri arasındakı fərq müzakirələrə səbəb olub.
Milliinfo.az xəbər verir ki, Unikal.org deputatların maaşları və eyni zamanda qazilərin, şəhid ailələrinin və Milli Qəhrəmanı adı verilmiş şəxslərin təqaüdləri ilə bağlı araşdırma aparıb.
Belə ki, artımlardan sonra deputatlar 7 455 manat, komissiya sədrinin müavini olanlar 7 987,5 manat, komitə və ya komissiya sədri olanlar 8 520 manat, Milli Məclisin sədrinin müavini 9 052,5 manat, Milli Məclisin sədrinin birinci müavini isə aylıq 9 585 manat maaş alacaqlar.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə aşağıdakı formada təqaüd verilir:
I qrup əlillərə - 400 manat;
II qrup əlillərə - 350 manat;
III qrup əlillərə - 300 manat;
Şəhid ailəsinin üzvlərinə isə aylıq 500 manat məbləğində təqaüd müəyyən edilib. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat, Milli Qəhrəmanı adı verilmiş şəxslər isə aylıq 1800 manat məbləğində təqaüd ödənilir.
Müharibə veteranlarına isə aylıq 80 manat məbləğində təqaüd verilir.
Daha çox xəbər:
Deputatlara aylıq 7 500, şəhid ailəsinə isə 500 manat verilir
Gündəm / CəmiyyətBu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA
İqtisadiyyatVüqar Gülməmmədov 3 150 manat maaş ALACAQ
Gündəm / CəmiyyətSahibə Qafarova 10 min manatdan çox maaş alacaq
Gündəm / CəmiyyətSahibə Qafarova 10 min manatdan çox maaş alacaq
Gündəm / Cəmiyyət