Gündəm / Dünya
24 iyun 2022
25
Rusiyada təyyarə qəzaya uğradı - Ölənlər var

"İl-76" hərbi-nəqliyyat təyyarəsi mühərrik nasazlığı səbəbindən Rusiyanın Ryazan vilayəti yaxınlığında sərt eniş edib, qismən yerdə dağılıb, zərərçəkənlər tibb müəssisələrinə aparılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"İyunun 24-də "İl-76" hərbi-nəqliyyat təyyarəsi Ryazan vilayətində sərt eniş edib. Yüksüz təlim uçuşu zamanı müəyyən edilmiş mühərrik nasazlığı səbəbindən ekipaj yerə enmək qərarına gəlib", - deyə Nazirlik qeyd edib.
Məlumata əsasən, xəsarət alan ekipaj üzvləri tibb müəssisələrinə yerləşdirilib.
Daha əvvəl mənbədən verilən məlumata görə, Ryazan yaxınlığında "İl-76" təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfərin yaralanıb, daha 3 nəfərin ölüb.
Mənbə: "İnterfaks"

Daha çox xəbər:

İranda təyyarə təcili eniş etdi - 141 sərnişinlə
Dünya
Daha bir təyyarə qəzaya düşdü - SƏRNİŞİNLƏRDƏN XƏBƏR YOXDUR
Hadisə
DÜNYA » HADİSƏLƏR Koronavirusla bağlı tibbi ləvazimat daşıyan təyyarə Somalidə qəzaya uğrayıb
Hadisə / Dünya
Rusiyanın ən təhlükəli hərbi təyyarəsi hansıdır? ŞƏRH
Gündəm / Dünya
Almaniyada təyyarə qəzaya uğradı - Pilot öldü
Gündəm / Dünya